Zuqdidi bələdiyyəsinin Çxoriya kəndində 45 yaşlarında kişi elektrik cərəyanı vurması nəticəsində ölüb.
InterPress.ge xəbər verir ki, kişi balıq tutarkən onu cərəyan vurub.
Məlumata görə, o, yerindəcə dünyasını dəyişib.
Hadisə mərhumun evinin yaxınlığında baş verib.
Hadisə ilə bağlı araşdırmalara başlanılıb.
