19 
Iyn
2023
14:34
442

Marneulidə Gürcüstan məhkəmələri ilə bağlı görüş keçirilib

19 İyun saat 12-də Marneulidə, USAİD-in ofisində Gürcüstan məhkəmələri ilə bağlı görüş keçirilib.

InterPress.ge xəbər verir ki, görüş əsasən məhkəmələrlə bağlı qısa məlumat və müzakirə xarakterli olub.

"Bu gün Marneulidə vətəndaşlarla görüşümüz baş tutdu. Görüşümüzün əsas məqsədi məhkəmə və məhkəmənin ətrafında mövcud olan proseslər, məhkəmənin işləməsi, məhkəməyə necə müraciət etmək və s. ilə bağlı əhaliyə məlumat çatdırmaqdır. Vətəndaşlardan hansı problemlərlə üzləşdikləri ilə bağlı məlumatlar aldıq, onların fikirlərini dinlədik və onlara bununla bağlı ətraflı məlumat verdik. Ayrı-seçkiliyə məruz qalanda və yaxud başqa bir problem olarsa, hansı dövlər qurumlarına, qeyri-hökumət təşkilatlarına müraciət etməli olduqlarını bildirdik. Qeyd edim ki, layihəmiz çərçivəsində gənclərdən ibarət komanda yaradılıb, həmin gənclərə məhkəmə sistemi barədə təlimlər keçirilib və həmin gənclər artıq Marneuli və Bolnisi kəndlərində əhali ilə görüşəcəklər. Onlar məhkəmələrlə bağlı öyrəndikləri hər şeyi vətəndaşlarla bölüşəcəklər", - Mülki Məşğulluq və Aktivizm Mərkəzin (CEAC)-nin directoru Rəşan Ziyədəliyev qeyd edib.

Qeyd edək ki, görüş USAID-in “Qanunun aliliyi proqramı” vasitəsilə, “Marneuli və Bolnisidə məhkəmə haqqında ictimaiyyətin məlumatlılığının artırılması” layihəsi çərçivəsində həyata keçirilib. Layihəni CEAC və "Prevensiya proqres üçün" təşkilatları birlikdə həyata keçirib.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər