“Böyük Britaniya Gürcüstanın Avro-Atlantik istəklərini tam dəstəkləyir”.
InterPress.ge xəbər verir ki, bu barədə Böyük Britaniya səfiri açıqlama verib.
“Xarici işlər nazirimiz martda dediyi kimi, Böyük Britaniya Gürcüstanın möhkəm dostudur və bundan sonra da belə olacaq. Ölkələrimiz arasında münasibətlərin yaxşılaşdırılması üçün çalışanlara təşəkkür edirəm”, - deyə Mark Kleyton bildirib.
