Bizimlə əlaqəHaqqımızda—
Ən son:
TVCANLI

İrakli Kobaxidze: “Milli Hərəkat” növbəti parlament seçkilərində çox ağır məğlubiyyətə məhkumdur”

266
İrakli Kobaxidze: “Milli Hərəkat” növbəti parlament seçkilərində çox ağır məğlubiyyətə məhkumdur”
Dinləmək üçün basın

“Saakaşvili və Saakaşvilinin dövründəki insanlar “Milli Hərəkat”dan ayrılana qədər təbii ki, bu partiyanın perspektivi yoxdu. Təbii ki, ondan qurtulmaq perspektivləri də yoxdur. Ona görə də təbii ki, “Milli Hərəkat”…

“Saakaşvili və Saakaşvilinin dövründəki insanlar “Milli Hərəkat”dan ayrılana qədər təbii ki, bu partiyanın perspektivi yoxdu. Təbii ki, ondan qurtulmaq perspektivləri də yoxdur. Ona görə də təbii ki, “Milli Hərəkat” növbəti parlament seçkilərində çox ağır məğlubiyyətə məhkumdur”.

InterPress.ge xəbər verir ki, bu barədə jurnalistlərə “Gürcü Arzusu”nun sədri İrakli Kobaxidze deyib.

İrakli Kobaxidzenin sözlərinə görə, “Milli Hərəkat”ın əvvəlki seçkilərdə reytinqi 30 faiz idisə, hazırda 20 faizdən aşağıdır.

“Ona görə də belə görünür ki, “Milli Hərəkat”ın ciddi problemləri var və birləşməyə çağırışlar da bununla bağlıdır. Lakin “Milli Hərəkat”ın əsas problemi onların mənfi tendensiyaya malik olması deyil, onların formal sədrinin Xabeişvili, lideri və əsas maliyyəçisinin Avropa ölkələrində nədənsə sərbəst hərəkət edən xarici agent Kezeraşvili olmasıdır. Onların lideri Merabişvilidir, onların fəaliyyətində Adeişvili iştirak edib, bunu Melia da etiraf edib və s. Bu, “Milli Hərəkatın” əsas problemidir, Saakaşvilinin onların lideri olması, gözdən düşmüş simalar və s. “Milli Hərəkatın” əsas problemidir”, - Kobaxidze bildirib.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiHumay Məmmədova

Son xəbərlər

Aİ Rusiyaya qarşı sanksiya siyahısını genişləndirib – 12 fiziki şəxs və 101 qurum sanksiyalara məruz qalıbAİ Ukraynaya dron və döyüş sursatlarının alınması üçün 1,71 milyard avro ayırıbAİ Ukraynaya 8 milyard avroyadək maliyyə dəstəyi ayıracaqGürcüstanda xaricdə tanınan ümumi təhsil proqramlarının tətbiqi qaydası dəyişirGASU “AGORA” adlı yeni beynəlxalq tələbə layihəsinə start veribSon xəbərlərə bax →