Böyük Britaniyanın səfiri Mark Kleyton “Mtavari Arxi”nin yaradıcısı Nika Qvaramiyanın Gürcüstan prezidenti tərəfindən əfv edilməsinə münasibət bildirib və qeyd edib ki, bu, Gürcüstanın Avroatlantik inteqrasiyası yolunda düzgün qərardır.
InterPress.ge xəbər verir ki, səfir bu barədə Twitter-də yazıb.
“Nika Qvaramiyanın əfv edilməsi və onun həbsdən azad edilməsi qərarını alqışlayıram. Bu, Gürcüstanın Avro-Atlantik inteqrasiyası yolunda düzgün qərardır”, – səfir yazıb.
