24 
Iyn
2023
11:28
480

Rusiya Prezidenti “Vaqner” döyüşçülərinə müraciət və xəbərdarlıq edib

Rusiya Prezidenti Vladimir Putin silahlı qiyam qaldıran “Vaqner” döyüşçülərinə müraciət edib.

InterPress.ge xəbər verir ki, dövlət başçısı “vaqner”çiləri kriminal fəaliyyətlərini dayandırmağa çağırıb.

V.Putin silahlı qiyama sürüklənənlərə ölümcül səhvə yol verməmək barədə xəbərdarlıq edib.

Xatırladaq ki, “Vaqner” Xüsusi Hərbi Şirkətinin başçısı Yevgeni Priqojin bəyan edib ki, Rusiya hərbçiləri “Vaqner” muzdlu hərbi təşkilatının arxa düşərgələrinə raket zərbələri endirib, bir çox döyüşçü ölüb: "Bu vəhşiliyə necə cavab verəcəyimizə qərar verəcəyik. Növbəti addım bizimdir".

Bundan sonra Rusiya Federal Təhlükəsizlik Xidməti Yevgeni Priqojinə qarşı silahlı üsyana təhrik faktı üzrə cinayət işi açıb. Rusiya Federasiyasının Baş Prokurorluğu bildirib ki, Priqojinin əməllərinə lazımi hüquqi qiymət veriləcək. Müdafiə Nazirliyi isə “Vaqner”in arxa düşərgələrinə zərbə endirilməsi ilə bağlı iddiaları yalan məlumat adlandırıb. Nazirlik eyni zamanda “Vaqner” döyüşçülərinə müraciət edib, silahı yerə qoymağa çağırıb.

Prezidentin mətbuat katibi Dmitri Peskov vurğulayıb ki, güc strukturları Rusiya prezidenti Vladimir Putinə üsyan cəhdi ilə bağlı görülən tədbirlər barədə hesabat verir.

Bizimlə əlaqə saxlayın