24 
Iyn
2023
21:07
474

Rusiyada vəziyyət gərginləşdikdən sonra Gürcüstan prezidenti brifinq keçirdi

Gürcüstan prezidenti Salome Zurabişvili baş nazirə Təhlükəsizlik Şurasını çağırmağa dair müraciət edib.

InterPress.ge xəbər verir ki, Prezidentin brifinqdə bildirdiyinə görə, Şurada müzakirə olunacaq məsələlər sərhəd nəzarətinin gücləndirilməsi və viza rejiminə yenidən baxılması, habelə sərhəddə sanksiya tətbiq edilən şəxslərin siyahılarından istifadə edilməsidir.

“Ölkənin prezidenti və ali baş komandanı kimi mən hadisələrin inkişafı və ölkənin maraqlarına mümkün olan bütün təsirlərlə tanış olmağa borcluyam. Ona görə də müdafiə qüvvələrimizin komandanı general-mayor Matiaşvilinin Rusiyada gedən proseslərlə bağlı verdiyi məlumatlarla tanış oldum, təəssüf ki, heç bir başqa məsul dövlət strukturundan, hətta daxili işlər nazirindən də lazımi məlumat ala bilmədim. Nəinki məlumat almaq mümkün olmayıb, hətta əlaqə yaratmaq mümkün olmayıb ki, bu da bu vəziyyətdə həyəcan doğurur. Ona görə də mən məcburam ki, baş nazirə müraciət edim ki, dərhal Təhlükəsizlik Şurasını çağırsın. Hesab edirəm ki, müzakirə edilməli bir neçə vacib məsələ var və vaxt daralır. Bunlardan biri sərhəd nəzarətinin gücləndirilməsi və viza rejiminə yenidən baxılmasıdır. İkincisi, sərhəddə sanksiyaya məruz qalan şəxslərin siyahılarından istifadə edilməsidir. İnformasiya vakuumu yaradılmamalı, əsassız qorxu yaratmamaq, yalan məlumat yaymamaq üçün dövlətin ölkənin təhlükəsizliyinin qorunması üçün hansı tədbirləri gördüyü barədə ictimaiyyətə lazım olan bütün məlumatları vaxtında və ətraflı şəkildə çatdırmaq lazımdır. Şura Abxaziya və Sxinvalidəki mövcud reaksiyaları da nəzərə almalıdır ki, separatçılar bu hadisələrdən əhali arasında Gürcüstanla bağlı yersiz qorxuları oyatmaq üçün istifadə etməsinlər. Bizim siyasətimiz dəyişməyib və dəyişməyəcək, Gürcüstan əraziləri zorla qaytarmaq fikrində deyil, bunu demək və təkrarlamaq lazımdır. Nəhayət, məlumat mübadiləsini və tərəfdaşlarımızla sıx əlaqəni davam etdirmək lazımdır”, - prezident bildirib.

Bizimlə əlaqə saxlayın