27 
Iyn
2023
00:20
422

Co Bayden Rusiyada mövcud son vəziyyətə münasibət bildirdi

 Ölkənin təhlükəsizlik xidməti prezidentə Rusiyada baş verən hadisələrlə bağlı ətraflı məlumat verirdi və bu məsələ ilə bağlı müttəfiqlərlə zoom formatında görüş keçirilib.

InterPress.ge xəbər verir ki, bu barədə 
ABŞ prezidenti Co Bayden bildirb. 

“Biz bu prosesdə iştirak etmədiyimizi bildirdik. Bu hadisə ilə heç bir əlaqəmiz yoxdur. Bu, Rusiya sistemi daxilində mübarizənin bir hissəsi idi”, - deyə Co Bayden bildirib.

Həmçinin, ABŞ prezidentinin sözlərinə görə, ABŞ həm bu hadisələri, həm də onların Rusiya və Ukrayna üçün nəticələrini qiymətləndirməyə davam edəcək, baxmayaraq ki, bütün bunların nə gətirəcəyi barədə yekun nəticə çıxarmaq hələ tezdir.

Co Baydenin sözlərinə görə, o, bu məsələ ilə bağlı Ukrayna prezidenti Vladimir Zelenski ilə əlaqə saxlayıb.

Bizimlə əlaqə saxlayın