Bayden: "Putin “Vaqner”in dövlət çevrilişinə cəhdindən sonra zəifləyib"
ABŞ prezidenti Co Bayden hesab edir ki, Rusiya lideri Vladimir Putin “Vaqner” özəl hərbi şirkətinin dövlət çevrilişinə cəhdindən sonra zəifləyib.
InterPress.ge xəbər verir ki, Bayden bunu jurnalistlərlə görüşü zamanı CNN-in sualına cavab olaraq deyib.
ABŞ prezidenti qeyd edib ki, çevriliş cəhdindən sonra Putinin mövqeyinin sarsılıb- sarsılmadığını “demək çətindir”, “amma o, açıq şəkildə müharibəni uduzur”.
“O, öz ölkəsində müharibə aparır. O, bütün dünya tərəfindən kənarlaşdırılıb və bu, təkcə NATO deyil, təkcə Avropa İttifaqı deyil, həm də Yaponiyadır”, - Bayden əlavə edib.
Putinin bu gün keçən həftədən daha zəif olub-olmaması ilə bağlı suala Bayden “Onun olduğunu bilirəm” deyib.
Bir müddət əvvəl ABŞ prezidenti vurğulamışdı ki, ABŞ və onun ən yaxın müttəfiqlərinin “Vaqner” üsyanı ilə heç bir əlaqəsi yoxdur.


