InterPress.ge xəbər verir ki, ananın uşağı klinikaya aparmasından sonra hadisə ictimailəşib. Məlum olub ki, uşaq üç aylıq iki həftəlik hamilədir.
Məlum olduğu kimi, valideyn polisə müraciət etməyib və abort üçün Kutaisi klinikasına gedib. Hüquq-mühafizə orqanlarının əməkdaşları həkimlər tərəfindən işə cəlb edilib.
Ailələr bir-birinin qonşusudur. Uşaq və ana artıq polisə ifadə verib, ekspertiza keçirilib.
Faktla bağlı Gürcüstan Cinayət Məcəlləsinin 140-cı maddəsi ilə araşdırma aparılır.
