24 
Iyl
2020
08:24
561

KİV: ABŞ qırıcısı İranın sərnişin təyyarəsi ilə toqquşacaqdı

ABŞ-a məxsus qırıcılar İranın “Mahan Air” aviaşirkətinə məxsus sərnişin təyyarəsinə təhlükəli səviyyədə yaxınlaşıb.

InterPress.ge xəbər verir ki, bu barədə “İRİB” saytı təyyarənin heyətinə istinadən məlumat yayıb.

“ “Mahan Air” təyyarəsinin pilotu iki qırıcı təyyarənin pilotuna təhlükəsiz məsafənin qorunmasına dair xəbərdarlıq edib. Bu zamanı onlar özlərini amerikalı kimi tanıdıblar”-deyə, məlumatda qeyd olunub.

Müxtəlif mənbələrə görə, bir və ya iki qırıcı təyyarə Tehrandan Beyruta uçan İranın “Mahan Air” aviaşirkətinə məxsus sərnişin təyyarəsinə yaxınlaşıb. Təyyarənin pilotu qırıcı təyyarələrlə toqquşmadan qaçmaq istəyərkən bir neçə sərnişin yaralanıb.

İran Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Abbas Musəvi bildirib ki, Tehran Livana uçan təyyarə ilə hadisənin təfərrüatını araşdırdıqdan sonra lazımi tədbirlər görəcək.

Bizimlə əlaqə saxlayın