Polşada Gürcüstan vətəndaşı tutulub. 38 yaşlı kişi İnterpolun qırmızı sirkulyarına əsasən axtarışa verilib.
InterPress.ge xəbər verir ki, bu barədə Polşa mətbuatı yazıb
Bildirilib ki, o, Kutaisidən planlı reyslə Polşaya gedən zaman Katoviçe hava limanında saxlanılıb.
Həmin şəxs Qazaxıstan vətəndaşının qətlində ittiham olunur.
