14 
Iyl
2023
16:16
396

Kobaxidze: "Ümid edirəm ki, Salome Zurabişvili ölkənin maraqlarından çıxış edəcək"

"Ümid edirəm ki, Salome Zurabişvili Mixeil Saakaşviliyə münasibətdə kiminsə maraqlarının diktəsi ilə deyil, ölkənin maraqlarından çıxış edəcək".

InterPress.ge xəbər verir ki, bunu "Gürcü Arzusu"nun sədri İrakli Kobaxidze Ukrayna Radasında Saakaşvilinin əfv edilməsi ilə bağlı başlanmış layihəni şərh edərkən bildirib. 

İrakli Kobaxidze jurnalistin - prezident bu təzyiqlərə tab gətirə bilməyib təsir altına düşə bilərmi sualına cavab olaraq bildirib ki, bu koordinasiyada Gürcüstanda ikinci cəbhə açmaq istəyən adamlar iştirak ediblər.

"Koordinasiya burada görünür və koordinasiyanın yalnız bir məqsədi var - bu, qütbləşmə, qarışıqlıq, nəticədə ikinci cəbhədir. Diqqətlə baxsanız, Gürcüstanda ikinci cəbhəyə rəhbərlik edən eyni adamlar bu koordinasiyada iştirak edirlər. Ona görə də cəmiyyət bütün bunların məqsədinin nə olduğunu bilməlidir", - deyə o söyləyib.

Bizimlə əlaqə saxlayın