Rusiya prezidenti Vladimir Putin Ukraynada xüsusi əməliyyatın gedişini müsbət qiymətləndirir və rus hərbçilərinin qəhrəmancasına hərəkət etdiyini bildirir.
InterPress.ge xəbər verir ki, onun sözlərinə görə, Ukrayna silahlı qüvvələrinin əks-hücumları nəticə vermir.
"Qoşunlarımız qəhrəmancasına hərəkət edir. Düşmən üçün gözlənilmədən bəzi hissələrdə ən sərfəli mövqeləri, yüksəklikləri və s. tutaraq özləri hücuma keçirlər. Düşmənin bütün əks-hücum boyu müdafiəmizi yarıb keçmək cəhdləri uğursuz alınıb. Düşmən uğur qazanmaz!" – Putin qeyd edib.
