Marneuli Bələdiyyəsinin meriyası Avropa Şurasının qrantını qazanıb
Marneuli Bələdiyyəsinin Meriyası “Gürcüstanda yerli səviyyədə İştirakçı Demokratiyanın və İnsan Hüquqlarının Gücləndirilməsi” layihəsi çərçivəsində Avropa Şurasının qrantını qazanıb.
InterPress.ge xəbər verir ki, bu barədə Marneuli meriyası məlumat yayıb.
Meriyanın qeyd etdiyinə görə, layihə “Marneuli bələdiyyəsində xüsusi qayğıya ehtiyacı olan insanlar üçün sosial xidmətlər haqqında maarifləndirmə kampaniyası”dır ki, bu da bələdiyyədə yaşayan əlilliyi olan şəxslərin cəmiyyətə inteqrasiyasına, müxtəlif bələdiyyə xidmətləri haqqında daha çox məlumatlı olmasına və əlillərin özünüidarəetmənin həyata keçirilməsi prosesinə cəlb olunmasına kömək edəcək.
“Kampaniya innovativ xarakter daşıyır və onun çərçivəsində əlillərin bələdiyyə sosial xidmətləri ilə bağlı maarifləndirilməsi onlara uyğunlaşdırılacaq: flayerlər Brayl əlifbası ilə çap olunacaq, məlumat çarxlarında jest dilində tərcümə olacaq.
Kampaniya çərçivəsində hər bir inzibati vahiddə hədəf qrupları ilə görüşlər keçiriləcək, burada layihənin təqdimatı təşkil olunacaq və yerindəcə məlumat flayerləri paylanacaq.
Layihəni Marneuli bələdiyyəsinin layihə üzrə işçi qrupu hazırlayıb. Qrupun tərkibinə Mamuka Şubitidze, Nino Dekanoidze, İrine Maçaraşvili, Tamar Kiparoidze və Davit Çikadze daxildir”, - məlumatda deyilir.


