Gürcüstanın benzin və dizel idxalının 81%-i Rusiyadan gəlir
Rusiya 2023-cü ilin 6 ayında Gürcüstan üçün əsas benzin və dizel yanacağı tədarükçüsü olub.
InterPress.ge xəbər verir ki, bu barədə Neft Məhsulları İdxalçıları İttifaqı məlumat yayıb.
Məlumata görə, ilin birinci yarısında Gürcüstana idxal olunan yanacağın 81,1 faizi Rusiyadan gətirilib.
Ümumilikdə, 2023-cü ilin ilk 6 ayında Gürcüstanda benzin və dizel yanacağının idxalı hər il 6,2% artaraq 554,2 min ton təşkil edib. Bunun 273,7 min tonu benzin, 280,5 min tonu isə dizeldir.
Gürcüstana yanacaq idxal edən ölkələr:
Rusiya - 449,5 min ton (bütün idxalın 81,1%-i);
Ruminya - 77,6 min ton (14%);
Türkmənistan - 11400 ton (2%);
Azərbaycan - 9500 ton (1,7%);
Belarus - 5000 ton (0,9%);
Birləşmiş Ərəb Əmirlikləri - 1000 ton (0,2%);
Ukrayna - 100 ton (0,02%);
Bolqarıstan - 100 ton (0,02%).


