Bizimlə əlaqəHaqqımızda—
Ən son:
TVCANLI

Gürcüstanda türk dərmanları bahalaşa bilərmi? - AÇIQLAMA

465
Gürcüstanda türk dərmanları bahalaşa bilərmi? - AÇIQLAMA
Dinləmək üçün basın

“Türkiyə Respublikasında dərmanlar üçün avro/lirənin sabit məzənnəsinə yenidən baxılması qərarı Gürcüstana idxal edilən türk dərmanının qiymətinə təsir etməyəcək”.

“Türkiyə Respublikasında dərmanlar üçün avro/lirənin sabit məzənnəsinə yenidən baxılması qərarı Gürcüstana idxal edilən türk dərmanının qiymətinə təsir etməyəcək”.

InterPress.ge xəbər verir ki, bu, Səhiyyə Nazirliyinin yaydığı məlumatda deyilir.

“İctimaiyyəti məlumatlandırmaq üçün izah edirik ki, larinin türk lirəsinə nisbətdə məzənnəsi 2023-cü ildən bəri 46% möhkəmlənib. Müvafiq olaraq, larinin güclənməsi fonunda Türkiyədə bahalaşan dərmanlar Gürcüstanda dərmanların qiymətinə təsir etməyəcək və gürcü şirkətləri Türkiyənin dərman bazarında daha ucuz qiymətə dərman alıb idxal edə biləcəklər.

Xatırladırıq ki, Türkiyədə dərmanların qiymətləri 2022-ci ildə bir neçə dəfə tənzimlənib, lakin larinin məzənnəsinin lirəyə nisbətdə möhkəmlənməsi səbəbindən bu qərar Türkiyədən Gürcüstana dərman idxalının qiymətinə təsir etməyib. Gürcüstan üçün Türkiyənin dərman bazarı 2022-ci ilin yanvarında açılıb. Nəticədə dərmanların qiyməti 70-80% ucuzlaşıb.

Türkiyə dərman bazarının açılması nəticəsində Gürcüstan əhalisi hər il təxminən 200 milyon lariyə qənaət edir", - Səhiyyə Nazirliyi bildirib.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiHumay Məmmədova

Son xəbərlər

Aİ Rusiyaya qarşı sanksiya siyahısını genişləndirib – 12 fiziki şəxs və 101 qurum sanksiyalara məruz qalıbAİ Ukraynaya dron və döyüş sursatlarının alınması üçün 1,71 milyard avro ayırıbAİ Ukraynaya 8 milyard avroyadək maliyyə dəstəyi ayıracaqGürcüstanda xaricdə tanınan ümumi təhsil proqramlarının tətbiqi qaydası dəyişirGASU “AGORA” adlı yeni beynəlxalq tələbə layihəsinə start veribSon xəbərlərə bax →