InterPress.ge xəbər verir ki, ehsan süfrəsində onlarla insan iştirak edib.
Məclis əsnasında mərsiyələr deyilib, dualar edilib.
Qeyd edək ki, bu gün hicri təqvimi ilə Aşuradır. Aşura günü hicri 61-ci ildən etibarən yaddaşlara tarixi ədalətsizlik və hüzn günü kimi daxil olub. Aşura hadisəsində Əməvi xəlifəsi Yezidin göstərişi ilə Həzrət Peyğəmbərin (s) əziz nəvəsi İmam Hüseyn (ə), o cümlədən Rəsulullahın (s) səhabələri, Əhli-Beyt və tərəfdarları Kərbəla çölündə şəhid edilib, ailələri əsir alınıb.
