Avqustun 1-i Azərbaycan əlifbası və Azərbaycan dili günü kimi qeyd edilir.
InterPress.ge məlumat verir ki, bu gün Azərbaycan xalqının ümummilli lider Heydər Əliyevin 2001-ci il 9 avqust tarixli Fərmanına əsasən təsis edilib.
Ulu öndər Fərmanı latın qrafikalı Azərbaycan əlifbasına keçidin Azərbaycanda 2001-ci ilin avqustunda bütövlükdə təmin edildiyini və yeni əlifbadan istifadənin müstəqil Azərbaycanın ictimai-siyasi həyatında, yazı mədəniyyətimizin tarixində mühüm hadisə olduğunu nəzərə alaraq imzalayıb.
Qeyd edək ki, sovet dövründə yaranmış əngəllərə baxmayaraq, sarsılmaz təməlləri olan Azərbaycan dili mövcudluğunu qoruya bilib.
