Rusiyada hərbi komissarlıqlarda 5 gün ərzində 28 dəfə yanğın baş verib.
InterPress.ge xəbər verir ki, bu barədə Rusiyanın müstəqil “Meduza” nəşri məlumat yayıb.
Nəşrin məlumatına görə, iyulun 29-dan avqustun 2-dək Rusiyada və işğal olunmuş Krımda vətəndaşlar azı 28 dəfə hərbi komissarlıqları və ya Müdafiə Nazirliyinə aid olan digər obyektləri yandırmağa cəhd ediblər. Bu, 2022-ci ilin sentyabrında Rusiyada səfərbərlik elan edildikdən sonra hərbi komissarlıqlara edilən ən böyük hücumdur.
Ən çox yandırılma halları Moskva, Sankt-Peterburq və Kazanda qeydə alınıb, Podolskda isə eyni hərbi komissarlıq iki dəfə yandırılıb.
