Marneuli bələdiyyəsinin Qasımlı kəndində 40 yaşlarında olan şəxs bıçaqlanıb.
InterPress.ge xəbər verir ki, məlumata görə, hadisə iki şəxs arasında yaranmış mübahisə zəminində baş verib.
Yaralı təcili tibbi yardım briqadası tərəfindən Marneuli klinikalarından birinə yerləşdirilib.
Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb edilib.
.jpg)