Danimarka polisi Quranın yandırılması ilə əlaqədar sərhəd nəzarətini gücləndirir
Danimarka polisi Quranın yandırılması ilə əlaqədar sərhəd nəzarətini gücləndirir.
InterPress.ge-nin məlumatına görə, Reuters bu barədə ölkənin Ədliyyə Nazirliyinə istinadən xəbər verib.
"Hökumət bu gün qərara gəlib ki, hələlik konkret və faktiki təhdidlərə cavab vermək üçün Danimarkaya kimin daxil olduğuna diqqət yetirmək lazımdır", - Danimarka Ədliyyə Nazirliyinin bəyanatında deyilir.
Qurumun məlumatına görə, sərhəd nəzarətinin ən azı avqustun 10-dək gücləndirilməsi planlaşdırılır.
Danimarkanın ədliyyə naziri Piter Hummelqaard deyib: “Təhlükəsizlik polisinin verdiyi məlumata görə Quranın yandırılması mövcud təhlükəsizlik vəziyyətinə təsir edib”.
Qeyd edək ki, Danimarka və İsveçdə islam əleyhdarı fəallar son aylarda müsəlmanların müqəddəs kitabının bir neçə nüsxəsini yandırıblar və bu, müsəlman dünyasının hiddətinə səbəb olub. İsveç də sərhəd nəzarətini gücləndirib. Eyni zamanda, hər iki ölkənin hökumətləri Quranın yandırılmasını pisləyərək, bu cür hərəkətləri qadağan edən yeni qanunları nəzərdən keçirdiklərini açıqlayıblar.