Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili deputatlarla birlikdə Raçada təbii fəlakət zonasındakı vəziyyətlə yerində tanış olub.
InterPress.ge xəbər verir ki, bu barədə Parlamentin mətbuat xidməti məlumat verib.
Bildirilib ki, Parlamentin sədri Parlament çoxluğunun üzvləri ilə birlikdə Şovi qəzasının ləğvi üzrə fövqəladə hallar qərargahının iclasında iştirak edib.
