04 
Avq
2023
22:54
521

"Polşa və Litva Belarusun mümkün təxribatlarına cavab verməyə razılaşıblar"

Polşa və Litva Belarusun mümkün təxribatlarına cavab verməyə razılaşıblar.

InterPress.ge xəbər verir ki,  bu barədə Polşa və Litvanın daxili işlər nazirlərinin görüşündən sonra dərc olunmuş kommünikedə deyilir.

Polşanın daxili işlər naziri Mariuş Kaminski və onun litvalı həmkarı Aqne Bilotaite Belarus sərhədindəki vəziyyəti və bu kontekstdə Polşa, Litva və digər Baltikyanı ölkələrin koordinasiyasını müzakirə ediblər.

“Belarusdan yarana biləcək təhdidlər və sərhəddə gələcək potensial təxribatlarla bağlı reaksiya mexanizmləri razılaşdırılıb. Biz həmçinin Belarusla bütün sərhəd-keçid məntəqələrinin bağlanması üçün zərurət yaranarsa, istifadə olunacaq mexanizmi də müzakirə etdik, bunun nəticəsi Lukaşenko rejiminin təcrid olunması olacaq”, - kommünikedə deyilir.

Bizimlə əlaqə saxlayın