Şalva Papuaşvili " Yerinə yetirilməsi mümkün olmayan heç bir fövqəladə xilasetmə tədbiri və tapşırığı yoxdur"
“Heçkimdən kömək istəməyə ehtiyac yoxdur”
InterPress.ge xəbər verir ki, bu sözləri parlamentin sədri Şalva Papuaşvili axtarış-xilasetmə əməliyyatlarında digər ölkələrin yardımı ilə bağlı danışarkən bildirib.
Onun sözlərinə görə, yerinə yetirilməsi mümkün olmayan heç bir fövqəladə xilasetmə tədbiri və tapşırığı yoxdur.
Kömək istəməyə ehtiyac yox idi, əvvəldən deyildi və izah edildi ki, yerinə yetirilməsi mümkün olmayan bir dənə də olsun fövqəladə xilasetmə tədbiri və tapşırığı yoxdur, ona görə də buna ehtiyac yox idi.
Biz lazım olduqda qonşularımzla bir-birimizə kömək edirik. Bu, ölkələr arasında münasibətlərdə, qarşılıqlı yardımda adi haldır. Görürsünüz ki, nə qədər texnika, xilasedicilər və əsgərlər cəlb olunub, ona görə də əlavə köməyə ehtiyac yox idi”, - Papuaşvili bildirib.
Parlament sədri bildirib ki, əhali arasında pul yığmağa ehtiyac yoxdur, bu fəlakətdən zərərçəkənlər, prosesdə iştirak edən bütün insanlar lazımı yardımla təmin olunublar.
“Bir daha hamını dezinformasiyanın yayılmasına diqqət yetirməyə çağırıram, həmçinin tendensiya belədir ki, "Facebook" sosial şəbəkəsində faciədə zərərçəkənlər üçün yardım məqsədli bank hesabları paylaşılıb. Mən heç kimin səmimiliyinə şübhə etmək istəmirəm, amma belə bir zamanda saxtakarlıq riski böyükdür, ona görə də əhaliyə səslənirəm ki, heç bir pul yardımına ehtiyac yoxdur. Hər kəslə, istər itkin düşmüş şəxslərin ailə üzvləri olsun, istərsə də ümumilikdə bu prosesdə iştirak edən insanlar yemək , su, mənzil və.s kimi ehtiyaclarla təmin olunublar " - Papuaşvili bildirib.


