Bizimlə əlaqəHaqqımızda—
Ən son:
TVCANLI

Şalva Papuaşvili: "O vaxtkı hakimiyyət müharibəni təkcə hərbi deyil, həm də beynəlxalq siyasət baxımından uduzdu"

319
Şalva Papuaşvili: "O vaxtkı hakimiyyət müharibəni təkcə hərbi deyil, həm də beynəlxalq siyasət baxımından uduzdu"
Dinləmək üçün basın

"Hər bir hakimiyyət öz xalqı qarşısında cavabdehdir. Gürcüstanın tarixin müxtəlif dövrlərində həmişə sərhədlərə yaxın və ya sərhədlərdən uzaq bir təcavüzkarı olub, ona görə də təcavüzün qarşısını alacaq siyasətin olması…

"Hər bir hakimiyyət öz xalqı qarşısında cavabdehdir. Gürcüstanın tarixin müxtəlif dövrlərində həmişə sərhədlərə yaxın və ya sərhədlərdən uzaq bir təcavüzkarı olub, ona görə də təcavüzün qarşısını alacaq siyasətin olması hakimiyyətin məsuliyyətidir".

InterPress.ge xəbər verir ki, Parlamentin spikeri Şalva Papuaşvili bu barədə avqust müharibəsinin 15-ci ildönümü ilə əlaqədar həlak olanların xatirəsini ehtiramla yad etdiyi və qəhrəmanların abidəsini əklil ilə bəzədiyi Muxatqverdidə açıqlama verib.

Onun sözlərinə görə, o vaxtkı hakimiyyət bu müharibəni təkcə hərbi baxımdan yox, təəssüf ki, beynəlxalq siyasət baxımından da uduzub.

“Ukrayna məsələsi Ukrayna xalqının və hakimiyyətinin məsələsidir. Mən Gürcüstandan və ümumi prinsipdən danışıram. Özlüyündə elə məsələlər var ki, hansısa ölkə aqressiv xarici siyasət yeritdiyi halda onlardan qaçmaq olmur. Onun qarşısında dayanmaq çətindir, baxmayaraq ki, bunun üçün alətlər tapmaq da vacibdir, hətta beynəlxalq təhlükəsizlik alyansına qoşulmaq şəklində olsa belə və s. Gürcüstan hakimiyyəti bu gün Ukrayna hakimiyyətinin aldığı dəstəyi ala bilməyib. O vaxtkı hakimiyyət bu müharibəni təkcə hərbi baxımdan yox, çox təəssüf ki, beynəlxalq siyasət baxımından da uduzdu. Biz Ukraynanın hansı dəstəyinin olduğunu görürük və o zamanki dəstəyin nə olduğunu xatırlayırıq. Təəssüf ki, biz o zaman tək və kiçik idik, buna görə də uğursuz olduq. O vaxt bizim heç bir hərbi yardımımız yox idi, almamışdıq. Siz o zamankı hakimiyyət nümayəndələrindən bunun nə ilə bağlı olduğunu soruşmalısınız, amma fakt faktdır”, - Şalva Papuaşvili bildirib.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiHumay Məmmədova

Son xəbərlər

Kobaxidze: Gürcüstanda yarım milyondan çox insan yoxsulluqdan çıxıbAİ Rusiyaya qarşı sanksiya siyahısını genişləndirib – 12 fiziki şəxs və 101 qurum sanksiyalara məruz qalıbAİ Ukraynaya dron və döyüş sursatlarının alınması üçün 1,71 milyard avro ayırıbAİ Ukraynaya 8 milyard avroyadək maliyyə dəstəyi ayıracaqGürcüstanda xaricdə tanınan ümumi təhsil proqramlarının tətbiqi qaydası dəyişirSon xəbərlərə bax →