10 
Avq
2023
18:11
251

Ukrayna XİN: “Zelenski heç vaxd Putinlə danışıqlar masası arxasına əyləşməyəcək”

 "Zelenski heç vaxt Putinlə danışıqlar masası arxasına əyləşməyəcək və Rusiya Federasiyası ilə danışıqlar yalnız onun zəbt etdiyi ərazilər azad edildikdən sonra mümkündür"

InterPress.ge xəbər verir ki, bu sözləri Ukraynanın xarici işlər naziri İtaliya mətbuatına müsahibəsində bildirib.

"Putin tərəfdaş deyil. O, həddən artıq çox ağır cinayətlər törədib. Başqa diplomatik yollar da mövcuddur, lakin aydındır ki, biz Putinlə Zelenskini heç vaxt bir masa arxasında görməyəcəyik", - deyə Kuleba bildirib.

Məlumat üçün bildirək ki, Birləşmiş Ərəb Əmirliklərinin prezidenti Məhəmməd bin Zayed Əl-Nəhyan Ukrayna və Rusiya prezidentləri arasında görüş təşkil etmək istəyir.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər

Bu qadağa təxirə salındı
06.07.2026 11:46
269