Rustavi-Tbilisi magistralında baş verən yol-nəqliyyat hadisəsi itki ilə başa çatıb.
InterPress.ge xəbər verir ki, yolun Poniçala hissəsində “Mercedes” markalı minik avtomobili ilə yük maşını toqquşub.
Toqquşmadan sonra avtomobilin sürücüsü, 19 yaşlı gənc xilasedicilərin köməkliyi ilə avtomobildən çıxarılaraq tibb müəssisəsinə aparılsa da, onu xilas etmək mümkün olmayıb.
Qəza səbəbindən magistral yolda tıxac yaranıb.
Daxili İşlər Nazirliyindən verilən məlumata görə, faktla bağlı Cinayət Məcəlləsinin 276-cı maddəsi ilə araşdırma aparılır.
