14 
Avq
2023
11:51
471

DİN: " Təbii fəlakət bölgəsində axtarış əməliyyatları səhər saatlarından bərpa edilib"

Oni bələdiyyəsində səhər saatlarından təbii fəlakət bölgəsində axtarış əməliyyatları bərpa edilib. 

InterPress.ge xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Məlumata görə, daxili işlər naziri Vaxtanq Qomelauriartıq ikinci gündür ki, təbii fəlakət bölgəsindədir.

“Oni bələdiyyəsində, təbii fəlakət bölgəsində on ikinci gündür ki, axtarış əməliyyatları davam edir.

Həm təbii fəlakət bölgəsində, həm də Rion və Çançaxa çaylarının yataqlarında intensiv işlər davam etdirilir.

Axtarışlara canlı qüvvə, ağır texnika və üzən qurğular cəlb olunub", - deyə məlumatda qeyd olunub.

Qeyd edək ki, dünən Oni bələdiyyəsində təbii fəlakət zonasına gələn daxili işlər naziri Vaxtanq Qomelauri gecə saatlarında sahə qərargahında olub.

 

Bizimlə əlaqə saxlayın