14 
Avq
2023
14:35
375

Daxili işlər naziri: "Fəlakət bölgəsində avtomobil tapılıb, onun sahibləri hələ də axtarılır"

Təbii fəlakətin episentri olan Şovidə ərazinin 26%-i yoxlanılmalı olaraq qalıb. 

InterPress.ge xəbər verir ki, bu barədə Daxili işlər naziri Vaxtanq Qomelauri bildirib.

Nazirin sözlərinə görə, axtarışlar nəticəsində boş avtomobil aşkar edilib. Avtomobilin sahibləri itkin düşmüş hesab olunur və onların axtarışları davam etdirilir.

“Görüş keçirdik, yeni istiqamətlər nəzərdə tutulur. Episentrdə təxminən 26% qalıb, hansı ki, yoxlanılması lazımdır. Bir maşın tapılıb, içərisində heç kim olmayıb, boş olub,  lakin onun sahibləri itkin düşüb və biz bu insanları axtarırıq. Bu iş başa çatdıqdan sonra, bundan sonra nə edilməli, nə iş görülməlidir - çay kənarının və çay yatağının dəyişdirilməsi və yoxlanılması lazımdır", - deyə Qomelauri qeyd edib.

 

 

 

Bizimlə əlaqə saxlayın