21 
Avq
2023
15:45
307

Marneulidə Mülki Məşğulluq və Aktivizm Mərkəzinin təşkilatçılığı ilə məlumatlandırıcı görüş keçirildi

Avqustun 21-də USAID-in “Birlik Müxtəliflikdədir” proqramı çərçivəsində Mülki Məşğulluq və Aktivizm Mərkəzinin (CEAC) təşkilatçılığı ilə Marneuli Demokratik Məşğulluq Mərkəzində Peşəkar Bacarıqlar Agentliyinin gürcü dili hazırlıq proqramının nümayəndələri ilə məlumatlandırıcı görüş baş tutdu.

lnterpress.ge xəbər verir ki, bu barədə Mülki Məşğulluq və Aktivizm Mərkəzinin (CEAC) direktoru Rəşan Ziyadaliyev bildirib. 

Məlumata əsasən, Peşə Bacarıqları Agentliyinin gürcü dili hazırlıq proqramının nümayəndələri etnik azlıqların peşə təhsili müəssisələrinə cəlb edilməsi və onların ehtiyaclarına uyğun xidmətlər barədə danışıblar. Həmçinin, etnik azlıqların inteqrasiyası istiqamətində agentliyin gələcək planları haqqında gənclərə məlumat verilib və müzakirə baş tutub.

“Bugün Peşə Bacarıqları Agentliyinin gürcü dili hazırlıq proqramının nümayəndələri etnik azlıqların peşə təhsili müəssisələrinə cəlb edilməsi və onların ehtiyaclarına uyğun xidmətlər barədə gənclərə ətraflı məlumat verdilər. Təəssüf ki, Peşə təhsili haqqında etnik azlıqrların məlumatı çox azdır. Hal-hazırda dövlət tərəfində maliyyələşən bir çox proqramlar mövcüddur və maksimum şəkildə çalışırıq ki, gənclərin və ya ümumiyyətlə hər bir vətəndaşın bu proqramlar haqqında ətraflı məlumatı olsun ”, - deyə Rəşan Ziyadaliyev qeyd edib.

Qeyd edək ki, görüş USAID-ın “Birlik Müxtəliflikdədir” proqramı “Gürcüstanın Birləşmiş Millətlər Assosiasiyası” (UNAG) tərəfindən, ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin (USAID) maliyyə dəstəyi ilə həyata keçirilib. Layihənin Marneulidə tərəfdaşı “Mülki Məşğulluq və Aktivizm Mərkəzi”-dir (CEAC).

Bizimlə əlaqə saxlayın