Bolnisi bələdiyyəsinin Capala (Qoçulu) kəndində ağır yol qəzası baş verib.
InterPress.ge-nin məlumatına görə, hadisəyə yüksək sürət səbəb olub.
Məlumata görə, iki avtomobil bir-birinə çırpılıb. Toqquşma nəticəsində avtomobillərdən hər ikisi yoldan çıxaraq aşıb.
Xəbər portalımıza daxil olan məlumata görə, avtomobildə 3 gənc olub, onlardan biri yerindəcə dünyasını dəyişib, 2 nəfər isə yaralanıb.
Əldə edilən məlumata görə, avtomobilərdən birinin sürücüsü hadisə yerindən uzaqlaşıb, sürücü bir müddətədən sonra polisə təslim olub.
Ölən şəxsin 16 yaşlı oğlan olduğu və ata-ananın tək övladı olduğu bildirilir.
Hadisə yerinə polis və təcili tibbi yardım cəlb olunub.
Faktla bağlı araşdırma aparılır.


