23 
Avq
2023
11:02
447

Gürcüstandan reeksportun 50%-i qonşu ölkələrə edilib

Gürcüstandan təkrar ixracın 50%-i qonşu ölkələrə düşür. O cümlədən, məlumata əsasən, 2023-cü ilin yanvar-iyul aylarında təkrar ixracın həcmi 1,855 milyard dollar təşkil edib ki, bunun da 926,034 milyon dollarlıq məhsulu Gürcüstan dörd qonşu ölkəyə “yenidən satıb”.

lnterPress.ge xəbər verir ki, bu barədə Milli Statistika Xidməti məlumat yayıb. 

Ən böyük həcmdə məhsul Azərbaycana reeksport edilib, ondan sonra Ermənistan və Rusiya, ən az isə Türkiyəyə edilib.

2023-cü ilin yeddi ayı ərzində qonşu ölkələrdə ən çox satdığımız 5 məhsulu təqdim edirik:

Azərbaycan - 401,502 milyon dollar
Yüngül avtomobillər - 259,065 milyon dollar
Digər sənaye tütünləri və sənaye tütün əvəzediciləri - 16,291 milyon dollar
Yük maşınları - 13,944 milyon dollar
Kağız, karton, selüloz lifli pambıq və ya kətandan hazırlanmış qablar - 13,316 milyon dollar
Qablaşdırılmış dərman məhsulları - 13 054 milyon dollar

Ermənistan - 401,428 milyon dollar
Yüngül avtomobillər - 207,672 milyon dollar
Sürücü daxil olmaqla 10 və daha çox adamın daşınması üçün nəzərdə tutulmuş avtomobillər - 19,586 milyon dollar
Buldozerlər, ekskavatorlar və digərləri - 15,193 milyon dollar
Yük maşınları - 7,475 milyon dollar
Denaturlaşdırılmamış etil spirti, spirt konsentrasiyası 80%-dən az olan, spirtli içkilər- 6,168 milyon dollar.


Rusiya - 92,572 milyon dollar
Yüngül avtomobillər - 65,860 milyon dollar
Elektrikli su qızdırıcıları - 8,579 milyon dollar
İçkilərin istehsalında istifadə edilən qarışıqlar - 2,990 milyon dollar
Meyvələr və bitkilərin digər hissələri, başqa üsulla hazırlanmış və ya konservləşdirilmiş - 2,241 milyon dollar
Denaturlaşdırılmamış etil spirti, spirt konsentrasiyası 80%-dən az olan, spirtli içkilər - 2,087 milyon dollar

Türkiyə 30,532 milyon dollar
Yüngül avtomobillər - 5,008 milyon dollar
Neft və neft məhsulları - 4,658 milyon dollar
Traktorlar - 3,923 milyon dollar
Rezin pnevmatik təkərlər - 2,480 milyon dollar
Elektrikli su qızdırıcıları - 1352

Ümumi göstəriciyə gəlincə, Sakstatın məlumatına görə, 2023-cü ilin yanvar-iyul aylarında Gürcüstandan təkrar ixrac 1,855 milyard dollar təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə demək olar ki, 112% çoxdur. Ötən il yeddi ayda təkrar ixracın həcmi 876,572 milyon dollar olub.

Bizimlə əlaqə saxlayın