23 
Avq
2023
11:29
509

Batumidə 4 nəfəri yaralayan şəxs saxlanılıb

Batumidə bıçaqlanma hadisəsinə görə bir nəfər saxlanılıb. Təqsirləndirilən şəxs Batumi şəhərindəki avtomobil sexlərindən birinin yaxınlığında məişət zəminində baş vermiş münaqişə nəticəsində həmin avtomobil sexində işləyən 4 nəfəri yaralayıb, sonra hadisə yerindən qaçıb.

lnterPress.ge xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib. 

Məlumata görə, yaralılar xəstəxanaya yerləşdirilib, onlara müvafiq tibbi yardım göstərilib.

Daxili İşlər Nazirliyinin Acariya Polis İdarəsinin əməkdaşları, isti izdə aparılan əməliyyat tədbirləri və istintaq hərəkətləri nəticəsində 1977-ci il təvəllüdlü G.S. - nı, qəsdən sağlamlığa ağır zərər vurma maddəsi ilə saxlayıblar.

Polis cinayətin silahını - ov tüfəngini sübut kimi götürüb.

İki və ya daha çox şəxsə qarşı qəsdən sağlamlığa ağır zərər vurma ilə bağlı Gürcüstan Cinayət Məcəlləsinin 117-ci maddəsi ilə araşdırma aparılır. Cinayət 9 ildən 13 ilə qədər azadlıqdan məhrumetməni nəzərdə tutur.
 

Bizimlə əlaqə saxlayın