InterPress.ge xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat verib.
Məlumata görə, təyyarənin qəzaya uğraması nəticəsində 10 nəfər həlak olub. Qəzaya uğrayan təyyarənin sərnişinlər siyahısında “Vaqner” qrupunun lideri Yevgeni Priqojinin də adı var.
Artıq Tver vilayətində “Embraer” təyyarəsinin qəzaya uğraması ilə bağlı araşdırmalara başlanılıb.
Qeyd edək ki, təyyarə Moskvadan Sankt-Peterburqa uçurdu.
