Gürcüstan vətəndaşı olan Tinatin Qoduadze Almaniyada itkin düşüb.
InterPress.ge xəbər verir ki, bu barədə Şoto Sixarulidze adlı şəxs sosial şəbəkədə paylaşım edib.
Onun sözlərinə görə, qızın səhhətində problemlər var.
“Emiqrant Tinatin Qoduadze Almaniyanın Berlin şəhərində itkin düşüb. Qız adını və soyadını xatırlamır, səhhətində problemlər var. Hər hansı bir məlumatı olan və ya ailəyə kömək edə bilən varsa, bu Tinatinin anasının nömrəsidir: +995579013160.
Xahiş edirəm paylaşın ki, çox adam görsün.
Bu mühacir üçün dua edin. Dua edin, bir dua dağları yerindən oynadar. Adına şam yandırın.
“ Tinatiniyə can sağlığı və Allahdan yardım diləyirik”, - seyə Şoto Sixarulidze sosial şəbəkədə yazıb.
