28 
Avq
2023
11:11
554

Gürcüstan 2023-cü ildə rekord həcmdə elektrik enerjisi ixrac edib

2023-cü ilin 7 ayında Gürcüstan rekord həcmdə elektrik enerjisi ixrac edib. 

lnterPress.ge xəbər verir ki, bu barədə Milli Statistika Xidməti məlumat yayıb. 

Məlumata görə, yanvar-iyul aylarında ölkə üzrə ümumilikdə 1140,7 milyon kilovatsaat elektrik enerjisi satılıbsa, əvvəlki ilin müvafiq dövründə bu rəqəm 737,835 milyon kilovatsaata yaxın olub.

Bundan əlavə, 2023-cü ilin yanvar-iyul aylarında ölkəyə elektrik enerjisi ixracından 80,130 milyon dollar gəlir əldə edilib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə təxminən 15,4 milyon dollar və təqribən 23,8 faiz çoxdur.

Qeyd edək ki, bu il Gürcüstan ən çox 70 milyon 860 min dollar dəyərində elektrik enerjisini Türkiyəyə satıb. Azərbaycan 5,147 milyon dollarlıq ixracla ikinci yerdədir, Ermənistana 4,116 milyon dollarlıq ixrac edilib, Rusiya isə bu ilin 7 ayında Gürcüstandan cəmi 6,93 min dollarlıq elektrik enerjisi alıb.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər