29 
Avq
2023
10:35
790

Ölkəyə Rusiyadan qaz idxalı 155% artıb, Azərbaycandan isə azalıb

2023-cü ilin yanvar-iyul aylarında Gürcüstana qaz idxalı illik 18% artıb. Sakstatın məlumatına görə, cari ilin 7 ayında ölkə 237,331 milyon dollarlıq qaz alıbsa, bu il idxal olunan təbii qazın həcmi 280,423 milyon dollar təşkil edib.

lnterPress.ge xəbər verir ki, bu barədə Milli Statistika Xidməti məlumat yayıb. 

Qeyd edək ki, Gürcüstan qazı yalnız 2 ölkədən - Rusiya və Azərbaycandan alır. Məlumata görə, bu il Rusiyadan idxal 154,6% artıb, Azərbaycandan idxal isə 4% azalıb. Daha dəqiq desək, bu ilin yanvar-iyul aylarında Gürcüstan Rusiyadan 83,541 milyon dollar dəyərində qaz alıbsa, ötən ilin eyni dövründə bu, cəmi 32,809 milyon dollar olub. Azərbaycana gəlincə, burada idxal 204,522 milyon dollardan 196,881 milyon dollara qədər azalıb.

Rusiyadan artıma baxmayaraq, Azərbaycan Gürcüstanın əsas təbii qaz tədarükçüsü olaraq qalır. Ümumi idxalın 70,2%-ni təşkil edir. Halbuki, ötən il bu rəqəm 86% təşkil edib.
 

Bizimlə əlaqə saxlayın