Gürcüstan prezidenti Salome Zurabişvili avqustun 31-də Almaniyaya səfər edəcək.
InterPress.ge xəbər verir ki, bu barədə Prezident administrasiyası məlumat yayıb.
Məlumata görə, Salome Zurabişvili Berlində Almaniya Federativ Respublikasının Prezidenti Frank-Valter Ştaynmayerlə görüş keçirəcək.
“Məhz bu səfərlə Gürcüstan prezidenti Gürcüstana Aİ üzvlüyünə namizəd ölkə statusunun verilməsini dəstəkləmək üçün Avropa liderləri ilə görüşlərə başlayır”, - deyə məlumatda qeyd olunub.
