30 
Avq
2023
15:01
308

İrakli Nadiradze: "Paytaxtın kanalizasiya sistemlərinin təmiri üçün hər il büdcədən milyonlarla lari ayrılır"

"Hər il paytaxt meriyasından, büdcədən milyonlarla lari ayrılır, artıq bütövlükdə on milyonlarla söhbət gedir, kanalizasiya sistemlərinin təmiri üçün. Tbilisi meriyası və onun müvafiq xidməti “Tbilservis” məsuliyyət daşıyır, lakin biz görürük ki, bu vəsait sadəcə olaraq havaya sovrulur".

 lnterPress.ge xəbər verir ki, bu barədə Sakrebulonun “Vahid Milli Hərəkat” fraksiyasının sədri İrakli Nadiradze bildirib.

Onun sözlərinə görə, paytaxtda vəziyyət ildən-ilə ağırlaşır və hər yağış əslində fəlakətdir.

“Kaxi Kaladzenin Tbilisi əhalisinə münasibəti tamamilə laqeyddir. O, Tbilisi camaatının yox, korrupsiya, qohumbazlıq, Çxartişvilinin, İvanişvilinin, Cilosanın, “Gürcü arzusu” mafiozunun problemlərini necə həll etmək ilə məşğuldur.

Şəhərdə belə selin niyə baş verməsinə gəlincə, bunun bir çox səbəbləri var. Birincisi, bu, mövcud kanalizasiya sistemlərinin təmizlənməməsində, yeni çəkilən yollarda və magistral yollarda kanalizasiya sistemlərinin quraşdırılmamasındadır. Bir də görürük ki, çayın məcraları, su sututarları, dərələr təmizlənmir. Biz qeyri-qanuni, zərərli tikililər görürük, burada binalar birbaşa dərələrdə, yataqlarda tamamilə xaotik şəkildə tikilir. Bax, bütün bunlar qeyri-peşəkarlıqla, səriştəsizliklə, korrupsiya və qohumbazlıqla birlikdə nəticə çıxardı ki, hər yağış yağanda Tiflisdə fəlakət başımıza gəlir. Hər il paytaxt meriyasından, büdcədən milyonlarla lari ayrılır, artıq bütövlükdə on milyonlarla söhbət gedir, kanalizasiya sistemlərinin təmiri üçün. Buna Tbilisi meriyası və onun müvafiq xidməti “Tbilservis” cavabdehdir, lakin biz görürük ki, bu vəsait sadəcə olaraq havaya sovrulur. Bu vəsaitlərin xərclənməsi heç bir nəticə vermədi və əksinə, on milyonlarla lari xərclənməsinə baxmayaraq, vəziyyət daha da pisdir”, - deyə İrakli Nadiradze bildirib.
 

 

 

Bizimlə əlaqə saxlayın