29 Avqust tarixində Marneulidə "Demokratik Məşğulluq mərkəzinin" ofisində, Rustavi Şəhər Məhkəməsinin hakimi Madonna Maisuradzenin əhali ilə məlumatlandırıcı görüşü baş tutub.
InterPress.ge xəbər verir ki, görüş "Prevensiya Proqres üçün" və "Mülki Məşğulluq və Aktivizm Mərkəzinin" təşkilatçılığı həyata keçirilib.
Görüşdə hakim yerli sakinlərə məhkəmə ilə bağlı məsələlər haqda ətraflı məlumat verib və onların suallarını cavablandırıb.
Qeyd edək ki, məlumat xarakterli görüş USAID-in Qanunun Aliliyi Proqramının dəstəyi ilə həyata keçirilən "Bolnisi və Marneuli bələdiyyələrində əhalinin məhkəmə haqda məlumatlılığının artırılması" layihəsi çərçivəsində baş tutub.
