Bizimlə əlaqəHaqqımızda—
Ən son:
TVCANLI

Səfəri zamanı Salome Zurabişvili Almaniya prezidenti ilə görüşüb

484
Səfəri zamanı Salome Zurabişvili Almaniya prezidenti  ilə görüşüb
Dinləmək üçün basın

Gürcüstan prezidenti Salome Zurabişvilinin Almaniyaya səfəri başlayıb. Səfər çərçivəsində Salome Zurabişvili artıq Almaniya Federativ Respublikasının Prezidenti Frank-Valter Ştaynmayer ilə görüşüb.

Gürcüstan prezidenti Salome Zurabişvilinin Almaniyaya səfəri başlayıb. Səfər çərçivəsində Salome Zurabişvili artıq Almaniya Federativ Respublikasının Prezidenti Frank-Valter Ştaynmayer ilə görüşüb. 

InterPress.ge xəbər verir ki, bu barədə Prezident Administrasiyası məlumat yayıb.

Məlumata görə, Gürcüstan prezidenti Almaniyaya səfəri ilə Gürcüstana Aİ üzvlüyünə namizəd ölkə statusunun verilməsinə dəstək məqsədilə Avropa liderləri ilə görüşlərə başlayır.

Məlumat üçün bildirək ki, hökumət administrasiyası prezident Salome Zurabişvilinin xaricə səfəri məsələsi ilə bağlı bəyanat yayıb və orada Salome Zurabişvilinin Almaniya ilə yanaşı, daha 9 ölkəyə səfərindən imtina edildiyi bildirilir.

 

 

 

 

Xəbəri qiymətləndir
Məqalənin müəllifiLalə Əsgərova

Son xəbərlər

Kobaxidze: Gürcüstanda yarım milyondan çox insan yoxsulluqdan çıxıbAİ Rusiyaya qarşı sanksiya siyahısını genişləndirib – 12 fiziki şəxs və 101 qurum sanksiyalara məruz qalıbAİ Ukraynaya dron və döyüş sursatlarının alınması üçün 1,71 milyard avro ayırıbAİ Ukraynaya 8 milyard avroyadək maliyyə dəstəyi ayıracaqGürcüstanda xaricdə tanınan ümumi təhsil proqramlarının tətbiqi qaydası dəyişirSon xəbərlərə bax →