Türkiyənin Malatya vilayətində 4 bal gücündə zəlzələ baş verib.
InterPress.ge xəbər verir ki, bu barədə AFAD-ın yerli təbii fəlakətlər və fövqəladə hallar xidməti məlumat yayıb.
Məlumata görə, zəlzələ yerli vaxtla saat 07:30-da, 7 kilometr dərinlikdə qeydə alınıb.
Xatırladaq ki, Malatya 2023-cü il fevralın 6-da Türkiyə-Suriya sərhədində baş vermiş iki zəlzələnin episentri olub.
