"Yaxın 7-8 ayda Zurabişvili Saakaşvilini əfv edərsə, deməli o, dövlət maraqlarını kürsüyə dəyişib".
InterPress.ge xəbər verir ki, bunu Gürcü Arzusunun sədri İrakli Kobaxidze deyib.
"Təsəvvür edin, yaxın 7-8 ayda Salome Zurabişvili Saakaşvilini əfv edərsə, bu o deməkdir ki, o, dövlət maraqlarını öz kürsüsü ilə dəyişib. Salome Zurabişvili bunu etsə, bu, qeyri-adi hadisə olacaq", - İrakli Kobaxidze prezidentin impiçmentindən danışarkən deyib.
