Bizimlə əlaqəHaqqımızda—
Ən son:
TVCANLI

Evelin Farkas: “Putinin Gürcüstan üzərində müəyyən nəzarəti var, lakin Ukrayna uduzsa, Gürcüstana qarşı daha aqressiv addımlar atacaq”

301
Evelin Farkas: “Putinin Gürcüstan üzərində müəyyən nəzarəti var, lakin Ukrayna uduzsa, Gürcüstana qarşı daha aqressiv addımlar atacaq”
Dinləmək üçün basın

Putinin Gürcüstan üzərində müəyyən nəzarəti var, amma Ukrayna uduzsa, Gürcüstana qarşı daha aqressiv addımlar atacaq. InterPress.ge xəbər verir ki, bu barədə “Makkeyn İnstitutu”nun icraçı direktoru Evelin Farkas…

Putinin Gürcüstan üzərində müəyyən nəzarəti var, amma Ukrayna uduzsa, Gürcüstana qarşı daha aqressiv addımlar atacaq.

InterPress.ge xəbər verir ki, bu barədə “Makkeyn İnstitutu”nun icraçı direktoru Evelin Farkas jurnalistlərlə söhbətində bildirib.

“Hər şey Ukrayna ilə başlayır və bitir. Əgər Ukrayna Rusiyaya məğlub olarsa, bu gün Vladimir Putin Gürcüstan üzərində daha aqressiv və amansız nəzarəti ələ keçirəcək.

İndi o, Gürcüstana bir qədər nəzarət edir, çünki sizin ölkəniz hərbi işğal altındadır və sizin siyasətinizə qarışır, lakin Ukraynanı itirəndən bir gün sonra Gürcüstana, Moldovaya, əslində bütün NATO üzvü olmayan ölkələrə qarşı daha aqressiv addımlar atacaq. Sonra o,  NATO-ya qarşı çıxacaq, çünki bilir ki, bu, onun təcavüzkar neo-imperiya ambisiyalarına qarşı çıxa biləcək yeganə beynəlxalq alyansdır"- deyə Farkas bildirib

Xəbəri qiymətləndir
Məqalənin müəllifiHumay Məmmədova

Son xəbərlər

Aİ Rusiyaya qarşı sanksiya siyahısını genişləndirib – 12 fiziki şəxs və 101 qurum sanksiyalara məruz qalıbAİ Ukraynaya dron və döyüş sursatlarının alınması üçün 1,71 milyard avro ayırıbAİ Ukraynaya 8 milyard avroyadək maliyyə dəstəyi ayıracaqGürcüstanda xaricdə tanınan ümumi təhsil proqramlarının tətbiqi qaydası dəyişirGASU “AGORA” adlı yeni beynəlxalq tələbə layihəsinə start veribSon xəbərlərə bax →