
Gürcüstan sərhədini qanunsuz keçən iki Pakistan vətəndaşı saxlanılıb
Laqodexi “Çodniskar” diviziyasının sərhəd hissəsinin mühafizə bölməsində keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində 2 Pakistan İslam Respublikası vətəndaşı – 1988-ci il təvəllüdlü M.X və 2003-cü il təvəllüdlü M.U. qrup halında Gürcüstanın dövlət sərhədini qanunsuz keçdikləri üçün saxlanılıblar.
InterPress.ge xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin sərhəd polisi məlumat yayıb.
“İstintaq müəyyən edib ki, təqsirləndirilən şəxslər sərhəd-keçid məntəqəsindən yan keçərək qrup halında Azərbaycan Respublikasından Gürcüstanın dövlət sərhədini qanunsuz keçiblər”, - deyə məlumatda qeyd olunub.
İstintaq Gürcüstan Cinayət Məcəlləsinin 344-cü maddəsinin ikinci hissəsinin “a” bəndi ilə aparılır ki, bu da qrup halında Gürcüstanın dövlət sərhədini qanunsuz keçməyi nəzərdə tutur. Cinayət 4 ildən 5 ilə qədər azadlıqdan məhrumetmə ilə cəzalandırılır.