
Tbilisi meryasi təhsil haqqının ödənilməsi ilə bağlı ərizə qəbuluna başlayır
Tbilisi meriyası tələbə maliyyələşdirmə proqramı çərçivəsində, Sentyabrın 6-dan etibarən 2023-2024-cü tədris ilinin payız semestrinin sosial cəhətdən həssas qrupları, çoxuşaqlı ailə üzvləri və sağlamlıq imkanları məhdud tələbələr üçün təhsil haqlarının maliyyələşdirilməsi məqsədi ilə, ərizələrin qəbulu başlayır.
InterPress.ge xəbər verir ki, bələdiyyə hökumətinin iclasında paytaxt meri tələbələrə müvafiq sənədləri vaxtında Tiflis meriyasına təqdim etməyi tapşırıb.
“Sözügedən proqramda olan tələbələri fəal olmağa səsləyirəm. Maliyyələşməni əldə etmək üçün tələbələr noyabrın 30-dək müvafiq sənədləri Tbilisi meriyasına təqdim etməlidirlər. Həmçinin Tbilisi rayon administrasiyalarının xidmət mərkəzlərində və ya www.ms.gov.ge elektron platformasında müraciət etmək mümkündür. Lazımi sənədlərin siyahısı və digər ətraflı məlumatlar Tbilisi meriyasının saytında yerləşdiriləcək”, - deyə Kaxa Kaladze bildirib.
Maliyyələşdirmə metodu ilə bağlı ətraflı məlumata baxın: https://tbilisi.gov.ge/news/15067.