06 
Sen
2023
19:27
283

Kaxetidə avtomobil 72 yaşlı kişini vurub

Kaxetinin Ğvareli bələdiyyəsində  baş verən yol qəzası nəticəsində bir nəfər ağır xəsarət alıb.

InterPress.ge xəbər verir ki,  məlumata hörə, Kvareli-Qurcaani birləşdirən yolda 72 yaşlı kişi avtomobilindən düşərək onu təmir etmək istəyərkən yüksək sürətlə gələn avtomobil onu vurub.

O, kəllə-beyin travması ilə Telavi xəstəxanasına yerləşdirilib. Xəstənin səhhətinin vəziyyəti ağır olduğundan, hazırda təcili tibbi yardım maşını ilə Tbilisidəki İnqoroqva klinikasına aparılır.

Qəza yerinə patrul polisi səfərbər edilib.

Bizimlə əlaqə saxlayın