
Gürcüstanın 62 598 vətəndaşı qanuni olaraq xaricdə yaşayır
Gürcüstanın 62 598 vətəndaşı qanuni olaraq xaricdə yaşayır.
InterPress.ge xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin parlamentin üzvü Levan Bejaşvili məlumat verib.
Məlumata görə, bu statistikanın 1501-i yetkinlik yaşına çatmayan şəxslərdir. Onların əksəriyyəti - 244 azyaşlı Gürcüstan vətəndaşı İsveç Krallığında konsulluq qeydiyyatında, 194 - İrlandiyada, 166 - Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığında, 143-143 - Belçika və Fransa Respublikasındadır.
Gürcüstanın xaricdə qanuni yaşayan yetkin vətəndaşlarına gəlincə, onların sayı 61 097 nəfərdir. Onların əksəriyyəti - 8398 yetkinlik yaşına çatmış Gürcüstan vətəndaşı Yunanıstan Respublikasında konsulluq qeydiyyatında; 6 837 - Azərbaycan Respublikasında; 5 721 - Salonikidə; 4 486 - Nyu Yorkda; 2 487 - Barselonada və 2 281 Fransa Respublikasındadır.