Bizimlə əlaqəHaqqımızda—
Ən son:
TVCANLI

Sürücülərin nəzərinə! Bu yolda bütün növ avtonəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılıb

727
Sürücülərin nəzərinə! Bu yolda bütün növ avtonəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılıb
Dinləmək üçün basın

Beynəlxalq əhəmiyyətli Samtredia-Lançxuti-Qriqoleti avtomobil yolunun 40-cı və 56-cı km-də intensiv yağıntı ilə əlaqədar Lesi çayının suyunun daşması nəticəsində bütün növ avtonəqliyyat vasitələrinin hərəkəti müvəqqəti…

Beynəlxalq əhəmiyyətli Samtredia-Lançxuti-Qriqoleti avtomobil yolunun 40-cı və 56-cı km-də intensiv yağıntı ilə əlaqədar Lesi çayının suyunun daşması nəticəsində bütün növ avtonəqliyyat vasitələrinin hərəkəti müvəqqəti olaraq qadağan edilib.

InterPress.ge xəbər verir ki, məlumatı Avtomobil Yolları Departamenti yayıb.

Bildirilib ki, sözügedən hissədə suyun səviyyəsi enən kimi dərhal təmizlik işlərinə başlanılacaq ki, nəqliyyatın hərəkəti ən qısa zamanda bərpa olunsun.

Hərəkətin qadağan olunduğu müddətdə avtomobillər beynəlxalq əhəmiyyətli Senaki-Poti (Asakembi)-Sarpi avtomobil yolunda hərəkət edəcək.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiHumay Məmmədova

Son xəbərlər

Aİ Rusiyaya qarşı sanksiya siyahısını genişləndirib – 12 fiziki şəxs və 101 qurum sanksiyalara məruz qalıbAİ Ukraynaya dron və döyüş sursatlarının alınması üçün 1,71 milyard avro ayırıbAİ Ukraynaya 8 milyard avroyadək maliyyə dəstəyi ayıracaqGürcüstanda xaricdə tanınan ümumi təhsil proqramlarının tətbiqi qaydası dəyişirGASU “AGORA” adlı yeni beynəlxalq tələbə layihəsinə start veribSon xəbərlərə bax →